Bank “Brent” markalı neftin qiymətinin qısa müddət ərzində 110 dollara qədər qalxa biləcəyini proqnozlaşdırır. Bu ssenari Hörmüz boğazından neft axınının bir ay ərzində iki dəfə azaldılması və daha sonra 11 ay ərzində 10 faiz aşağı qalması halında tətbiq edilir.
“Goldman”, bu yüksəlişdən sonra qiymətlərin yenidən orta səviyyəyə qayıdacağını və “Brent” markalı neftin 2025-ci ilin dördüncü rübündə orta hesabla 95 dollar civarında olacağını bildirir.
“Goldman” həmçinin bildirib ki, məhdud likvidliyinə baxmayaraq, bazarlar hazırda İranın 2025-ci ildə Hörmüz boğazını bağlayacağı ehtimalını 52 faiz proqnozlaşdırır. Bundan əlavə, bank İranın gündəlik neft tədarükünün 1,75 milyon barrel azalmasının “Brent” markalı neftin qiymətini 90 dollar civarına çəkə biləcəyini qeyd edib.