Vaxt.Az

“ABŞ Pandoranın qutusunu açdı”


 

Rusiyanın BMT-dəki nümayəndəsi: “Aydın oldu ki, ABŞ-ın diplomatiyaya marağı yoxdur”

“ABŞ Pandoranın qutusunu açdı” Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya ABŞ-ın İranın 3 nüvə obyektinə endirdiyi hava hücumundan sonra verdiyi açıqlamada Vaşinqtonu sərt şəkildə tənqid edib. Nabenzia, “ABŞ-ın İrana qarşı məsuliyyətsiz, təhlükəli və təxribatçı hərəkətlərini qınayırıq”, – deyib.

ABŞ-ın bölgədə düzəlməz nəticələrə gətirib çıxara biləcək bir prosesi başlatdığını bildirən Nabenziya, “ABŞ Pandoranın qutusunu açdı. Bu prosesin nə cür yeni fəlakətlərə və faciələrə səbəb olacağını heç kim təxmin edə bilməz”, – deyib.

Diplomatik kanallara məhəl qoyulmadığını iddia edən Rusiya nümayəndəsi, “İndi aydın oldu ki, ABŞ-ın diplomatiyaya marağı yoxdur”, – deyib.

Nabenziya açıqlamasında İsrailin də adını çəkərək, həm İsrailin, həm də ABŞ-ın təcavüzkar hərəkətlərinin dərhal dayandırılması lazım olduğunu vurğulayıb.

 





23.06.2025    çap et  çap et