AB xarici işlər nazirləri ilə görüşdən əvvəl jurnalistlərə Kaja Kallas, “Cavab və eskalasiya qorxuları çox böyükdür, xüsusən də İran Hörmüz boğazını bağlasa, bu, çox təhlükəli olacaq və heç kim üçün yaxşı olmayacaq”, – deyib.
ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Hörmüz boğazı üçün risklər də artıb.
İran ABŞ-ın zərbələrinin nəticələrinin olacağı barədə xəbərdarlıq etmişdi və əvvəlcə təmkin nümayiş etdirərək “bütün variantları özündə saxladığını”, – deyib. İran parlamenti də Hörmüz boğazının bağlanması qərarını təsdiqləyib. Bu böyüklükdə qərar Ali Milli Təhlükəsizlik Şurası adlı daha yüksək səviyyəli idarəetmə orqanı ilə razılaşdırılaraq qərarı qəbul edən Xameneyinin açıq razılığı olmadan həyata keçirilə bilməz. İranın xarici işlər naziri və ölkənin baş nüvə müzakirəçisi Abbas Araqçı “X” hesabındakı paylaşımında “Bu hadisələr qəbuledilməzdir və əbədi nəticələrə səbəb olacaq”, – yazıb.
Hadisələrin ardınca iki supertanker boğazdan dala qayıdıb. Qlobal neft və qaz ticarətinin təxminən 20 faizi bu kanaldan keçir.