Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabından verdiyi yazılı açıqlamada rusların gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ölkənin müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini bildirib: "İlkin məlumatlara görə Şimali Koreyanın ballistikasından da istifadə edilib".
Raketlərin və PUA-ların əksəriyyətinin havada məhv edildiyini qeyd edən Zelenski Kiyevə hücumda 5 yaşayış binasının zərər gördüyünü vurğulayıb.
Zelenski, hazırkı məlumata görə, hücum nəticəsində Kiyevdə 6 nəfərin öldüyünü, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Rusiyanın bu hücumunun ABŞ bombardmançılarının İranın nüvə proqramına zərbələrinə cavabı olduğunu və İran istehsalı olan “Şahid” tipli PUA-larla Ukraynaya hücum etdiyini bildirən Zelenski: “Bu gün Rusiya ordusunun Kiyevin və digər şəhərlərin və yaşayış məntəqələrinin mülki infrastrukturuna Rusiya-İran (birgə istehsal) “Şahed”ləri və raketləri ilə tamamilə rüsvayçı hücuma keçməsindən sonra Moskva susur”.
Bu gün İngiltərədə görüşlər keçirəcəyini bildirən Zelenski orada keçirəcəyi danışıqlarda Rusiyaya təzyiqin artırılması kimi məsələləri müzakirə edəcəyini bildirib.
Kiyev meri Vitali Kliçko da öz “Telegram” hesabında Rusiya ordusunun paytaxta təşkil etdiyi hücumda 19 nəfərin yaralandığını açıqlayıb.