İnternetdə iştirak etdiyi iclasda yarım əsrdən artıqdır ki, beynəlxalq təhlükəsizliyə dəstək verən “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nin təhlükə altında olduğunu bildirən Qrossi ABŞ-ın hücumları ilə İrandakı hadisələrin daha da ciddiləşdiyini bildirib.
***
Qrossi dialoq və diplomatiyaya qayıtmaq üçün bir fürsət pəncərəsinin olduğunu ifadə edərək, “Bu pəncərə bağlanarsa, şiddət və dağıntılar ağlasığmaz səviyyələrə çata bilər və bildiyimiz kimi qlobal nüvə silahının yayılmaması sistemi çökə bilər”, – deyib.
Qrossi danışıqlar masasına qayıtmaq çağırışını təkrarlayaraq, “Biz NPT-nin qəyyumları olan MAQATE müfəttişlərinə İrandakı nüvə obyektlərinə qayıtmağa və 400 kiloqramlıq 60 faiz zənginləşdirilmiş uran ehtiyatı da daxil olmaqla, bütün ehtiyatları yoxlamağa icazə verməliyik”, – deyib.
***
MAQATE-nin prezidenti “Hazırda heç kim, o cümlədən MAQATE Fordodakı obyektin yeraltı hissəsinə dəyən ziyanı qiymətləndirmək iqtidarında deyil”, – deyib.
Gecə saatlarında İsfahan nüvə obyektində digər binaların vurulduğunu və ABŞ-ın hücumda qanadlı raketlərdən istifadə etdiyini bildirən Qrossi, “Təsirə məruz qalan strukturlar arasında uranın çevrilmə prosesi ilə bağlı bəzi binalar var. Həmçinin görünür ki, bu obyektdə zənginləşdirilmiş materialların saxlanması üçün istifadə edilən tunellərin girişləri vurulub”.