İsrail bu əməliyyatı süni intellekt vasitəsilə həyata keçirib. Belə ki, 2 il ərzində İsrail SEPAH rəhbərliyini sistemli şəkildə izləyib. Onların hərəkətləri, rabitə ilə əlaqələri, şəxsi və toplantı vərdişlərini süni intellekt vasitəsilə alqoritmik modellərə uyğunlaşdırılıb. İranın hərbi rabitəsi yüksək dəqiqliklə təqlid edilib.
İyunun 12-də süni intellekt vasitəsilə “MOSSAD” səs klonlama texnologiyasına uyğun hərbi komandanlığın iclasını çağırır, simulyasiya edir. Bu çağırışda generallardan birinin səsi klonlaşdırılır və ondan istifadə edilir.
Bundan sonra generallar Tehranda güclü mühafizə olunmuş bunkerə hərəkət etməyə başlayırlar. Daha sonra “MOSSAD” süni intellektlə dəstəklənən dronlarla onların hərəkətini izləyir.
Toplanma məntəqəsinə generallar toplaşan kimi İsrail bunkeri 2 bomba və 1 hipersəs raketi ilə vurur. Bunkerdə olan bütün generallar öldürülür.
Daha sonra isə evlərində olan SEPAH komandanı Salami və baş qərargah rəisi Baqeri xüsusi dəqiqliklə edilən dron zərbələrindən sonra evlərindəcə öldürülürlər.