Vaxt.Az

Kosmik oazislər


 

“2040-cı ilə qədər Ay və Marsda həyat başlayacaq”

Kosmik oazislər Avropa Kosmik Agentliyi (European Space Agency – ESA) 2040-cı ilə qədər insanların Yer orbitindən kəınarda Ay və Mars kimi yerlərdə yaşaya biləcəyi kosmik oazislər yaratmağı planlaşdırdıqlarını açıqladı.

ESA-nın “Texnologiya 2040” hesabatına görə, kosmos stansiyaları və strukturları 3D printerlər ilə birbaşa kosmosda istehsal ediləcək və beləliklə, Yerdən daşınma ehtiyacı azalacaq və ion mühərrikləri sayəsində daha sürətli və daha uzun səyahətlər mümkün olacaq.

Yeni planetləri kəşf etmək və meteoritlərdən mineral çıxarmaq üçün süni intellektlə dəstəklənən robotlar göndəriləcək.

Hesabata görə, qurulacaq kosmos yaşayış yerlərində də öz-özünə kifayət edən, dövri həyatı təmin edən sistemlər olacaq.

ESA-nın müvafiq hesabatında, “2040-cı ilə qədər insanların Yer orbitindən çıxaraq Ayda, Marsda və ondan kənarda özlərini təmin edən, yaşamaq üçün əlverişli yaşayış mühitlərində yaşayacağını proqnozlaşdırırıq. Kosmosa çıxmaq artıq lüks deyil, zərurətdir. Kosmos artıq sərhəd deyil, yeni yaşayış mühitidir”, – deyib.

 





23.06.2025    çap et  çap et