***
Cənub və cənub-şərqdə havanın temperaturu 25-30 dərəcə arasında qalacağı halda, bölgədə güclü tufan riski var. “DWD” günorta və axşam saatlarında xüsusilə Saksoniya, Saksoniya-Anhalt və Türingiya əyalətlərində hər kvadratmetrə 15 litrə qədər güclü yağış yağacağını, xırda dənəli dolu və saatda 100 kilometrə çatan tufan küləklərini proqnozlaşdırır. Tufanla yanaşı, küləyin də güclü olacağı gözlənilir. Fiçtelberg, Broken və Thüringer Vald kimi yüksək dağlıq ərazilərdə də tufan xəbərdarlığı edilib.
***
Ölkənin şimal-qərb bölgələrində havanın temperaturu 20-26 dərəcə arasındadır. Şimal dənizi sahillərində havanın temperaturu 20 dərəcədən aşağı düşüb. Qərb küləyi bəzi yerlərdə güclü, hətta tufanlı da olur.
Çərşənbə axşamı gecəsi tufanların tədricən azalacağı gözlənilir. “DWD”, arabir yağışla yanaşı, şimal və mərkəzi Almaniyada 20 ilə 24 dərəcə arasında dəyişən temperatur proqnozlaşdırır. Şimal və Baltik dənizi sahillərində havanın temperaturu 18 dərəcəyə enəcək, fırtınalı hava davam edəcək. Cənubda hava quru olacaq, temperatur 25-31 dərəcə arasında olacaq.