Vaxt.Az

“Qaz, bala, qaz”


 

Trampdan neft çağırışı

“Qaz, bala, qaz” ABŞ prezidenti Donald Tramp neft qiymətlərini aşağı səviyyədə saxlamağa çağırıb. Tramp deyib: “Hamı neft qiymətlərini aşağı salın, mən sizi izləyirəm. Düşmənin əlinə oynayırsnız, bunu etməyin”.

Tramp bu mövzuda “Truth sosial” media hesabında paylaşım edib.

Neftin qiymətini aşağı salmağa çağıran Tramp, “Sizi izləyirəm, düşmənin əlinə oynayırsınız, bunu etməyin”, – deyib.

Başqa bir yazıda Tramp “Qaz, bala, qaz. Və indi, bu dəqiqə”, – deyərək ABŞ Energetika Nazirliyinə müraciət edib.

***

ABŞ-ın energetika naziri Kris Rayt da Trampın bu paylaşımına “Biz maraqlıyıq. Prezident Trampın liderliyi sayəsində Amerikanın enerji təhlükəsizliyi heç vaxt bu qədər güclü olmayıb”, – deyə cavab verib.

Yaxın Şərqdə İran və İsrail arasında artan gərginlik ABŞ-ın İrandakı üç nüvə obyektinə hava zərbələri endirməsi ilə daha da artıb.

Buna cavab olaraq İranın dünya neft daşımalarının əhəmiyyətli hissəsinin həyata keçirildiyi Hörmüz boğazını bağlaya bilməsi ehtimalı neft bazarlarını qarışdırmışdı.

 





23.06.2025    çap et  çap et