SBU-nun “Telegram” hesabında edilən yazılı açıqlamaya görə, Malyuk mətbuat konfransında ötən il Ukrayna Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovnikini saxladıqlarını bildirib və bu əməliyyatın təfərrüatlarını bu gün jurnalistlərlə bölüşüb.
Bu 2 nəfərin Rusiya Federal Təhlükəsizlik Xidmətində (FTX) işlədiyini iddia edən Malyuk, “Prezidentimiz Vladimir Zelenskiyə qarşı sui-qəsd hazırlayırdılar. Cinayət planlarına görə icraçıları axtarırdılar”, – deyib.
Malyuk bildirib ki, şübhəlilər Ukrayna Prezident Aparatı ərazisində sui-qəsd təşkil etməyi planlaşdırıblar.
Uzun müddətdir Zelenskiyə sui-qəsdi planlaşdıran qrupa qarşı çalışdıqlarına diqqət çəkən Malyuk, “Əslində bunu müharibə başlayandan bəri, təxminən 2 ildir ki, edirik. Bu qrupa güclü kəşfiyyat və texniki giriş təmin etdik”, – dedi.
Malyuk bəyan edib ki, bu qrup ona və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanova da sui-qəsd planlaşdırıb.
***
SBU direktoru Malyuk Polşada Zelenskiyə qarşı sui-qəsdin qarşısını polşalı həmkarları ilə birlikdə aldıqlarını bildirib.
İllər əvvəl vəzifədən qovulan təqaüdçü Polşa əsgərinin Polşada Zelenskiyə hücum planlaşdırdığını bildirən Malyuk, “Casusun vəzifəsi “Rzeszow” hava limanında prezident Zelenskini fiziki olaraq məhv etmək idi”, – deyib.
Sui-qəsdin FPV tipli pilotsuz təyyarələr və ya snayper ləvazimatları ilə planlaşdırıldığını bildirən Malyuk, “Ancaq casusu saxladıq. Polşalı həmkarlarımız peşəkarcasına çalışdılar, bu bizim onlarla birgə işimiz idi”, – deyib.
2025-ci il mayın 15-də Kiyevdə Ukrayna prezidenti Andrey Yermakın qardaşı Denis Yermaka qarşı sui-qəsdin qarşısının alındığını da bildirən Malyuk, “Ruslar mayın 15-də saat 15:00-da terror aktı törətmək istəyiblər. Həmin gün İstanbulda toplantı olub. Ona görə də düşmən (görüş) başlamamış bu planlarını həyata keçirmək istəyirdi. Andrey Yermak da bu qruplaşmanın tərkibində olduğu üçün bunun danışıqlar prosesinə təsir edə biləcəyi aydın idi. Biz ruslara öz planlarını həyata keçirməyə imkan vermədik”.
***
SBU-nun verdiyi yazılı açıqlamada ukraynalı jurnalist Dmitri Qordona qarşı sui-qəsdin qarşısı alındığı da bildirilib. Açıqlamada qeyd olunub ki, SBU-nun keçirdiyi əməliyyatda FTX-də işlədiyi iddia edilən bir qrup şübhəli saxlanılıb.