Müdafiə xərclərinin artırılması Almaniyaya NATO alyansının ÜDM-in hazırda 2 faizdən ən azı 3,5 faizini müdafiəyə xərcləmək məqsədinə çatmasına kömək edəcək. ABŞ prezidenti Donald Trampın tələb etdiyi və bu həftə Haaqada keçiriləcək sammitdə NATO üzvləri tərəfindən dəstəklənən 5 faizlik hədəfə çatmaq üçün əlavə 1,5 faiz hərbi xərclərə ehtiyac olacaq.
“Hökumət həm daxili, həm də müttəfiqlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirmək və Avropanın təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürmək problemi ilə üz-üzədir”, – bu gün yayılan hökumət sənədində deyilir.
Kansler Fridrix Merzin hakim koalisiyası Rusiya tərəfdən artan təhlükəyə qarşı çıxmaq üçün Almaniya silahlı qüvvələrinə onilliklər ərzində kifayət qədər sərmayə qoyuluşunu təmin edəcəyinə söz verib.
Əsas müdafiə sərmayələri bu il 95 milyard avro təşkil edəcək, bunun 62 milyard avrosu adi büdcədən, 24 milyard avrosu əvvəlki hökumət tərəfindən yaradılan borcla maliyyələşdirilən xüsusi fonddan və təxminən 9 milyard avro Ukraynaya dəstəkdən olacaq.
***
Bu gün Berlində çıxış edən Merz hökumətinin silahlı qüvvələri gücləndirmək əzmini, eyni zamanda planlaşdırılan genişlənməyə mane ola biləcək bir məsələni də vurğuladı.
"Yaxın illərdə Bundesver üçün əsas məsələ pul deyil, ixtisaslı kadrlar olacaq", – Merz sənaye forumunda deyib. O əlavə edib ki, hökumət hərbi xidmətə çağırışı bərpa etməyə məcbur ola bilər.
“Bloomberg Economics”dən Martin Ademmer, Almaniyanın artan büdcə kəsiri və ÜDM-də payının artmasına baxmayaraq, borc tendensiyası onun avrozonadakı tərəfdaşlarından, eləcə də Böyük Britaniya və ABŞ-dan geridə qalaraq, rahat fiskal vəziyyətdə qalacağını proqnozlaşdırır. O, bir məqaləsində də, “Avropanın ən böyük iqtisadiyyatının maliyyə problemi yaşaması ehtimalı azdır”, – yazıb.