Vaxt.Az

“Üç raket hədəfə dəyib”


 

İran: “ABŞ bazasına hücum Ağ Evə açıq və birmənalı mesajdır”

“Üç raket hədəfə dəyib” İranın İRNA xəbər agentliyi ABŞ-ın İraqdakı bazasına da raket hücumu edildiyini açıqlayıb. İsrail mətbuatı da İranın başlatdığı hücumun 4 fərqli Körfəz ölkəsindəki ABŞ bazalarına yönəldiyini iddia edib. ABŞ hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Məsələ ilə bağlı İran Silahlı Qüvvələrindən yazılı açıqlama verilib.

Bəyanatda deyilir: “İran Ali Milli Təhlükəsizlik Şurasının qərarı və Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanlığı ilə İnqilab Keşikçiləri Korpusu “Bəşərat əl-Fəth” (Fəth) əməliyyatı çərçivəsində Qətərdəki Əl-Udeyd Hərbi Hava Bazasına güclü və dağıdıcı raket hücumu həyata keçirib”.

Bəyanatda ABŞ-ın İranın dinc nüvə obyektlərinə hərbi hücumunun beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu bir daha vurğulanıb.

Digər tərəfdən İran dövlət televiziyası Əl-Udeyd bazasına 3 raketin düşdüyünü iddia edib.

***

İran ABŞ-ın Qətərdəki hava bazasına hücumunun “ABŞ və müttəfiqlərinə İranın heç bir şəraitdə ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir hücumu cavabsız qoymayacağına dair açıq bir mesaj” olduğunu açıqlayıb.

İran dövlət televiziyasında yayımlanan Silahlı Qüvvələrin sözçüsü bəyanatında aşağıdakı ifadələr yer alıb: "Hücum Ağ Evə və onun müttəfiqlərinə açıq və birmənalı mesajdır. İran Uca Allaha və İranın sədaqətli xalqına arxalanaraq, heç bir şəraitdə öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir hücumu cavabsız qoymayacaq".

İran ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab olaraq Qətərdəki Əl-Udeyd aviabazasına raket hücumu təşkil etdiyini açıqlamışdı.

***

Bildirilib ki, İranın Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına atdığı raketlərdən 3-ü vurulub.

İran dövlət televiziyası bəzi raketlərin Qətərdəki ABŞ bazasını vurduğunu bildirib.

Xəbərdə “İndiyə qədər 3 raket Əl-Udeyd Hava Bazasına düşüb” deyilir.

İran Silahlı Qüvvələri ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına cavab zərbəsi endirib və ABŞ-ın nüvə obyektlərinə atdığı bombaların sayı qədər raketlər atdıqlarını açıqlayıb.

 





23.06.2025    çap et  çap et