ABŞ İrana 48 saat qabaq deyir ki, filan-filan yerləri vuracağıq, nəyiniz var çıxarın, vurmalıyıq, əl çəkmirlər bizdən – İran da 24 saat qabaq dəqiq saatını, yerini, raket sayını ABŞ-a bildirib, “sizə ziyan dəyməsin, zatən biz daxildə bunu qələbə kimi elan edəcəyik”, – deyib raketlər atır.
Bütün bunu para-pul, birja-bazar həmən anlayır, ona görə də belə reaksiya verir.
Bir daha deyim – bu raket və dron savaşı yaxın zamanda bitəcək, danışıqlar dayanmadan gedir, sadəcə, hər kəs özünü qalib etmək üçün təməl yaradır.
İranda əsas hadisələr atəşkəsdən sonra başlayacaq, ölkə daxildən qaynayacaq. Daxili qrupların hökumətə sualları artacaq, sorğulama çoxalacaq.
ABŞ-ın, İsrailin xaricdən, “hökumətinizi, sisteminizi dəyişin”, mesajları yanlış və absuddur – Şərq toplumuna kənardan belə mesajlar əks-effekt yaradır, İran xalqı özü bir qərar verəcək, Qərbin kənardan siyasi müdaxilə cəhdi, tam tərsi, sistemi gücləndirir...