İranın xarici işlər naziri Abbas Araqçı “X” sosial media hesabında İsraillə hər hansı atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın olmadığını bildirib.
Araqçı açıqlamasında, “İranın dəfələrlə açıqladığı kimi: İsrail İrana müharibə elan edib, əksinə deyil. Hazırda hər hansı atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur. Lakin İsrail rejimi İran xalqına qarşı qanunsuz təcavüzünü ən geci Tehran vaxtı ilə səhər saat 4-ə qədər dayandırarsa, biz hərbi qüvvələrimizin son cavab qərarını davam etdirməyəcəyik. Əməliyyatların durdurlmasıyla bağlı yekun qərar daha sonra veriləcək”, – deyib.
Bu arada İranın yarı rəsmi Fars Xəbər Agentliyi adı açıqlanmayan iranlı rəsminin İran-İsrail atəşkəs razılaşmasını təkzib etdiyini bildirib.
İran rəsmisi, “ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs planı tamamilə yalandır və ictimaiyyəti ABŞ-ın bölgədəki bazalarına hücumları ilə son zamanlar yaşadığı rüsvayçılıqdan yayındırmaq üçün təklif edilib”, – deyib.
İran tərəfindən heç bir rəsmi və ya qeyri-rəsmi atəşkəs təklifinin alınmadığını bildirən rəsmi, “İran bu media mühitinə cavab olaraq, yaxın bir neçə saat ərzində sionist rejimə (İsrail) bu iddianın saxtalığını əməli və meydanda göstərəcək.