Vaxt.Az

ABŞ-da bomba təlaşı


 

Ağ Evin yaxınlığındakı şübhəli avtomobildə axtarış aparılıb

ABŞ-da bomba təlaşı ABŞ-da Ağ Evin binası yaxınlığında şübhəli avtomobil həyəcanı səbəbiylə qısa təlaş yaşanıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Vaşinqtonda Ağ Ev binası yaxınlığında şübhəli avtomobil aşkar olunub.

Məxfi xidmət və paytaxt Polis Departamentinin əməkdaşları həyəcan təbili çalarkən, yaxınlıqdakı binalar boşaldılıb.

Səlahiyyətlilər avtomobilə baxış keçirərkən ehtiyat tədbiri olaraq yaxınlıqdakı binalar boşaldılıb və ərazidəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hadisə yerinə bomba zərərsizləşdirmə qruplarının göndərildiyini və araşdırmalardan sonra ərazinin təhlükəsiz olduğunu açıqlanıb.

Təhlükəsizlik probleminin olmadığı müəyyən edildikdən sonra yolların yenidən nəqliyyata açıldığı bildirilib.

 





24.06.2025    çap et  çap et