Vaxt.Az

“Fironun lənəti” dünyanı xilas edə bilər


 

Arxeoloqları öldürən göbələk xərçəngin müalicəsində istifadə edilə bilər

“Fironun lənəti” dünyanı xilas edə bilər 1920-ci illərdə Misirdə arxeoloqlar Firon Tutanxamonun məzarını açdıqdan sonra qazıntı qrupu arasında bir sıra vaxtsız ölümlər “Fironun lənəti” haqqında şayiələri gücləndirdi.

Daha sonra 1970-ci illərdə Polşada IV Kazimirin məzarına onlarla alim daxil oldu, lakin onlardan 10-u həftələr ərzində öldü. Onilliklər sonra həkimlər minilliklər ərzində hərəkətsiz vəziyyətdə olan göbələk sporlarının rol oynaya biləcəyini araşdırdılar.

 

Göbələk necə öldürüb?

 

Alimlər qədim məzarların qazılmasından sonra ölümlə əlaqəli olan zəhərli göbələk “Aspergillus flavus”dan yeni molekullar sinfini izolyasiya etməyi bacardı.

Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, məzarlarda tapılan toksinlərin tərkibində, xüsusən də immun sistemi zəif olan insanlarda ağciyər infeksiyasına yoluxdura biləcək bir göbələk var.

 

Xərçəngə mübarizə etmək üçün

 

İndi eyni göbələk xərçəngin perspektivli yeni müalicəsində istifadə oluna bilər. Amerikalı alimlər “Aspergillus flavus”dan təcrid etdikləri kimyəvi maddələri modifikasiya edərək leykemiya hüceyrələrinə qarşı sınaqdan keçiriblər.

“Nature Chemical Biology” jurnalında dərc edilən tapıntılar, hazırda təsdiqlənmiş dərmanlarla rəqabət apara bilən və göbələk mənşəli dərmanlar üçün yeni üfüqlər aça bilən “perspektivli” xərçəng öldürücü birləşməni ortaya qoyur.

 





24.06.2025    çap et  çap et