Vaxt.Az

Yaponiyada ilk raket sınağı


 

Təlimdə 300 əsgər iştirak edib

Yaponiyada ilk raket sınağı Yaponiya öz sərhədləri daxilində ilk raketini sınaqdan keçirib. Yaponiya ordusunun rəsmiləri ölkənin şimalındakı Hokkaydo adasındakı atış poliqonunda raket təlimini açıqlayıb.

Rəsmilər bildiriblər ki, ölkə sərhədləri daxilində keçirilən ilk raket təlimində Müdafiə Qüvvələrinin 300 əsgəri iştirak edib.

Təlimin sahildən təxminən 40 kilometr uzaqlıqda pilotsuz qayığa qarşı “Type-88” qısa mənzilli gəmi əleyhinə raketlərlə aparıldığını qeyd edən səlahiyyətlilər, nəticələrin hələ də qiymətləndirildiyini bildirib.

Yaponiya bundan əvvəl ABŞ və Avstraliya kimi digər ölkələrin ərazisində də raket sınaqları keçirmişdi.

 





24.06.2025    çap et  çap et