Vaxt.Az

“Çin İrandan neft almağa davam edə bilər”


 

Tramp: “Bunu reallaşdırmaq mənim üçün böyük şərəf idi”

“Çin İrandan neft almağa davam edə bilər” ABŞ Prezidenti Donald Tramp NATO Liderlər Zirvə Toplantısının keçiriləcəyi Hollandiyanın Haaqa şəhərində səfərdə olarkən sosial media hesabında Çinlə bağlı paylaşım edib.

İran və İsrail arasında əldə olunan atəşkəsdən sonra Çinin indi İrandan neft almağa davam edə biləcəyini bildirən Tramp, “Çin indi İrandan neft almağa davam edə bilər. İnşallah, onlar da ABŞ-dan çox şey alacaqlar. Bunu reallaşdırmaq mənim üçün böyük şərəf idi”, – deyib.

İran və İsrail arasında əldə olunan atəşkəsdən sonra NATO Liderlər Zirvəsinin onun üçün daha sakit keçəcəyini ifadə edən o, “Bütün yaxşı avropalı dostlarımı və digərlərini görməyi səbirsizliklə gözləyirəm”, – dedi.

 





24.06.2025    çap et  çap et