İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan yarı rəsmi “Fars” xəbər agentliyi İran Baş Təhlükəsizlik İdarəsinin yüksək rütbəli zabiti Əli Rza Lütfinin İsrailin hücumu nəticəsində həyatını itirdiyini bildirib.
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlar həyata keçirib.
İranda Baş Qərargah rəisi, SEPAH Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və onlarla nüvə mütəxəssisi hücumlarda həlak olub.
İran Səhiyyə Nazirliyi bu gün verdiyi açıqlamada İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi itkilərinin 606, yaralıların sayının isə 5332 olduğunu bildirib.
İsrail baş nazirinin dəftərxanası bildirib ki, İran ordusunun həyata keçirdiyi repressiyalarda 28 nəfər ölüb, 1272 nəfər yaralanıb.