Yaşları 30 ilə 50 arasında dəyişən şəxslər cümə günü səhər səfirlik yaxınlığında iki nəfərə hücum etdikləri üçün qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamı ilə mühakimə olunublar.
Britaniya mətbuatında çıxan xəbərlərə görə, müttəhimlərin vəkilləri dünən Vestminster Sülh Məhkəməsinə verdikləri açıqlamalarda bu 7 nəfərin İran hökumətinin əleyhdarları olduqlarını üçün hadisədən əvvəl təhdidlər aldığını bildiriblər.
Prokuror Reyçl Hayes bildirib ki, müttəhimlər Tehranda İran səfirliyi qarşısında hazırkı hökumətə (1979-cu il inqilabından əvvəl Pəhləvilər sülaləsi rəhbərlik edirdi) qarşı “şahçı” etiraz aksiyasında iştirak ediblər.
Prokuror məhkəmədə İran bayrağının yerə qoyulduğunu və bir nəfərin qaçmazdan əvvəl diz çökərək bayrağı öpdüyünü deyib.
"Bütün müttəhimlər qurbanı izləyiblər və altı dəqiqə baş verən hücumda iştirak ediblər", – deyib.
Dövlət ittihamçısı qurbanlardan birinin qabırğalarının sınığı, ayaq biləyinin qırılması və beyin qanaması şübhəsi də daxil olmaqla ciddi xəsarətlər aldığını və hələ də xəstəxanada olduğunu deyib.
İyulun 21-də “Southwark Crown” Məhkəməsində keçiriləcək növbəti iclasdan əvvəl müttəhimlərə zaminə buraxılmaqdan imtina edilib.
Hadisə İsrailin İrana qəfil hücumundan bir həftə sonra baş verib. O vaxtdan bəri iki tərəf hər gün bir-birinə hücum edib.
Vaşinqtonun İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq dünən Tehranın Qətərdəki ABŞ hərbi bazasına məhdud raket hücumu həyata keçirməsindən sonra bu gün səhər tezdən ABŞ prezidenti Donald Tramp tərəfindən atəşkəs elan edilib.
Lakin bir neçə saat sonra İsrailin İranın razılaşmanı pozaraq öz hava məkanına raketlər atdığını bildirməsindən sonra cavab addımı atacağına söz verib və bununla da atəşkəsin pozulduğu bildirilir.
Dövlət mediasının məlumatına görə, İran ordusu İsrailə hücumun atəşkəs vaxtından əvvəl həyata keçirildiyini bildirib.