Həftə sonu ABŞ İsrail və İran arasındakı müharibəyə birbaşa müdaxilə edərək İranın yeraltı nüvə obyektlərini bombalayıb. ABŞ prezidenti Donald Trampın bu addımı beynəlxalq ictimaiyyətdə Yaxın Şərqdə müharibənin genişlənəcəyi ilə bağlı narahatlığı artırıb. Sözügedən inkişafın Hörmüz boğazından keçən dəniz nəqliyyatının dayandırılmasına da səbəb ola biləcəyi bildirilir.
“ING Bank”ın əmtəə üzrə eksperti Uarren Pattersona görə, ən böyük risklərdən biri İranın Hörmüz boğazında dəniz nəqliyyatını kəsmək cəhdidir. Patterson vurğulayır ki, bu boğaz “qlobal neft və mayeləşdirilmiş təbii qaz nəqlində kritik dəhlizdir”. “ING” ekspertinin sözlərinə görə, qlobal mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi Hörmüz boğazından keçir.