Vaxt.Az

Bakı Hava Limanında qarışıqlıq


 

Kiyev əvəzinə Londona...

Bakı Hava Limanında qarışıqlıq «Qafqazinfo» xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, biletdə göstərildiyi kimi hamı (o cümlədən politoloqun özü) 3-cü qapıdan Bakı-Kiyev təyyarəsinə minib. Lakin məlum olub ki, bu təyyarə Kiyevə yox, Londona uçur:


«Sərnişinlər yerlərini təzəcə rahatlamışdılar ki, hava limanının işçiləri içəri daxil olub nə desələr yaxşıdır? «Sizi düzgün istiqamətləndirməyiblər, bu təyyarə Londona uçur, buranı tərk edin.» «Bəs bizim təyyarə haradadır» sualını isə hava limanı işçiləri cavablandıra bilmədilər. Hər halda, «sərnişin olmadan təyyarə havaya qalxmaz» deyib, bütün sərnişinlər avtobus axtaranlar kimi yeni hava limanında Kiyevə uçan təyyarəni axtarmağa başladılar. Xeyli axtardıqdan sonra hava limanı işçilərindən biri uzaqdan qışqıraraq, «bura gəlin, Kiyev təyyarəsi burdadır» deyib narahatlığımıza son qoydu. Beləcə, bu gün Londonda da peyda ola bilərdim, ancaq hazırda Kiyevdəyəm».

 





09.06.2014    çap et  çap et