“Reuters”in son xəbərinə görə, Suriyanın paytaxtı Dəməşqdə partlayışlar baş verib. Hücumdan sonra ölən və yaralananların sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
***
İki gün əvvəl Dəməşqin şərqindəki Duveylə bölgəsindəki Mar İlyas kilsəsində də partlayış baş vermişdi.
Qanlı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Partlayış nəticəsində 25 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.