Elektrik enerjisi istehsalının artırılması Azərbaycanda mavi qaz istehlakının optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Azərbaycanda daxili illik qaz istehlakı 13,5 milyard kubmetrdir. Daxili istehlakın təxminən 37 faizi əhali tərəfindən həyata keçirilir. Bu baxımdan, yaşıl enerjidən daha çox istifadə olunması, mərkəzləşdirilmiş istilik siteminin genişləndirilməsi və itkilərin minimumlaşdırılması ilkin qiymətləndirmələrə görə, təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər ki, bu da Azərbaycanın “mavi qaz” ixracının artmasına və ölkəyə daha çox valyutanın gəlməsinə imkan yaradacaq.
Bu kontekstdən, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qaz ixracının artırılması vasitəsi ilə Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yarada bilər.