İranın paytaxtı Tehranda yaşayan insanlar “The Guardian”a müsahibəsində Trampın elan etdiyi atəşkəs qüvvəyə minməzdən əvvəl qaranlıq saatlarda müharibənin ən qorxulu anlarını yaşadıqlarını və İsrailin bu saatlarda bombardmanlarını gücləndirdiyini bildirib.
Tehrandan təxminən 50 kilometr şimal-qərbdə yerləşən Kordan kəndində yaşayan 39 yaşlı Məryəm, “Təyyarələr yaşayış binasının üzərindən o qədər alçaq uçdu ki, pəncərələr silkələndi. Bombardman indiyə qədər yaşadığımdan daha güclü idi. İnsanlar qorxaraq və təlaş içində küçələrə qaçdılar” dedi.
Gün açılan kimi, Məryəm İsrailin bombardmanından geriyə nə qaldığı ilə maraqlanıb: “İndi səssizlik var, ən pis gələnə qədər fasilə kimi. Biz heç vaxt bitməyəcək bir kabusda yaşayırıq. Sabah nə olacağını bilmirik. Müharibənin həqiqətən bitib-bitməyəcəyini bilmirəm”.
Qəzetə danışan iranlıların əksəriyyəti bədbinliklərini açıqlayıb. İran hökumətinin müharibədən bir neçə il əvvəl qadın hərəkatının özü ilə gətirdiyi azadlıqları məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə edəcəyindən qorxanlar da var idi.
“Biz bu insanların ideologiyasını zərərsizləşdirdik. Onlar mədəni və gündəlik həyatda bizim iradəmizə boyun əydilər”, – deyən Şirin adlı Tehranlı qadın müharibədən əvvəl İran qüvvələrinin hicabsız qadınları məcbur etməkdən böyük ölçüdə əl çəkdiyini bildirib.
***
Müharibə zamanı İsrailin baş naziri Benyamin Netanyahu və Tramp iranlıları ayağa qalxmağa çağırıb. Bu çağırış cavablandırılmadı. Bir çox iranlılar üçün bu iki lider onlara nə etməli olduqlarını söyləyən iki qoca idi.
28 yaşlı kinorejissor Nazənin “Mən Trampa etibar etmirəm. O, hər saniyə fikrini dəyişir. Biz iranlılar Xameneyi və Netanyahu kimi taleyimizi həll edən insanlardan daha yaxşısına layiqik”, – deyib. “Qələbə”ni qeyd etməyə çıxanların hökumət tərəfdarları olduğunu deyən Nazənin, “İndi yaralı rejim ov kimi üstümüzə enəcək, bunun nəticəsini biz çəkəcəyik”, – deyib.
42 yaşlı Mehdinin sözlərinə görə, İran hökuməti atəşkəsdən sonra hicab tələbi də daxil olmaqla bir çox sahələrə təzyiqlərini artıra və bundan siyasi mənfəət və güc üçün istifadə edə bilər.
23 yaşlı tələbə və fəal Səid də dünənki bayramlara və hökm sürən zəfər atmosferinə işarə edərək dedi: “İslam Respublikası sanki artıq müharibədə qalib gəlmiş kimi davranır. Sanki bütün bunlar Xameneyi, Netanyahu və Trampın eqolarını yüksəltmək üçün bir performansdır”. Səidin fikrincə, baş verənlər hökumətdən, monarxiyadan və rejim dəyişikliyini dəstəkləyənlərdən kənar üçüncü yolu da gətirə bilər.
***
“Guardian” qəzeti də atəşkəsdən sonra israillilərlə danışıb. İranın atəşkəsdən əvvəl hücuma keçdiyi Berşevada yaşayan 27 yaşlı Sardinas, “Mən heç vaxt atəşkəs olacağını düşünməmişdim... Amma ümid edirəm olar. Çünki hər gün təhlükə altındayıq”, – deyib.
Sardinas ailəsinə və dostlarına İranla müharibəyə qədər burada özünü təhlükəsiz hiss etdiyini və bunun müharibəyə qədər doğru olduğunu söyləyərək, “Bu müharibənin olacağını bilsəydim Argentinadan İsrailə köçərdimmi, bilmirəm”, – deyib.
51 yaşlı Gil Koen də “Təhlükəsiz olmaq istəyirəm. İran 10 ildir ki, bizi öldürməyə çalışır. Əgər ABŞ prezidentinin dedikləri doğrudursa və biz atom bombalarından azadıqsa, deməli, bu müharibə bitib”, – deyib.
Almaniya kansleri Fridrix Merz kimi Sardinas, İsrailin İranın nüvə proqramını pozmaqla “dünyanın çirkin işlərini” etdiyini iddia etdi. Sardinas, “Müharibə mütləq buna dəyər. Nüvə silahlarını dayandırmağa dəyər deyilmi? Kimsə bunu etməli idi. Hücumlarının qarşısını almaq üçün ilk növbədə onlara hücum edirik”, – deyib.
Sardinasın çıxışı zamanı yoldan keçən bir nəfər də “atəşkəsin çox erkən gəldiyini” iddia etdi və İranın dəydiyi deyilən zərərdən şübhələndiyini söylədi.
Yardım işlərinə nəzarət edən əsgər deyib: “Müharibə mütləq dayanmalıdır. Atəşkəs hər kəs üçün ən yaxşı seçimdir. Mən heç nəyin müharibə ilə əlaqəsi olmasını istəmirəm”.