Vaxt.Az

AİB-in inflyasiya proqnozu


 

Yaxın xaric ölkələrdə qiymətlər necə artacaq?

AİB-in inflyasiya proqnozu Avrasiya İnkişaf Bankı (AİB) post-sovet respublikalarındakı inflyasiya proqnozu açıqlayıb.

Ermənistan. İlin sonuna kimi 3,1 faizə çatacağı gözlənilən inflyasiyaya dünya ərzaq qiymətlərinin artımı və daxili əsas faiz dərəcəsinin azalması təsir edəcək. Yaxın bir neçə ildə bu göstərici 2,8 faizə qədər enə bilər.

Belarus. Yüksək inflyasiyanın səbəbləri – belarus rublunun rus rubluna nisbətən zəifləməsi, Rusiyada yüksək inflyasiya və daxili tələbatın artmasıdır. İnflyasiyanın zirvəsi 2026-cı ildə 8,9 faizə çatacağı, sonra isə 7,5 faizə qədər enəcəyi proqnozlaşdırılır.

Qazaxıstan. İlin sonuna kimi inflyasiya səviyyəsinin 12 faizə yaxın qalacağı gözlənilir. Buna səbəb yeni vergi islahatının gözlənilməsi, kommunal xidmət tariflərinin yüksəkliyi, dünya qiymətlərinin artımı və əhalinin yüksək kredit yüküdür. 2026-cı ilin ortalarından etibarən inflyasiyanın azalması gözlənilir.

Qırğızıstan. Yüksək inflyasiya risklərinin əsas səbəbləri – dünya ərzaq (xüsusilə taxıl və tərəvəz) qiymətləri və kommunal islahatlardır. Lakin Milli Bankın uçot dərəcəsini artırması inflyasiyanı 2026–27-ci illərdə 5–7 faiz aralığında saxlaya bilər.

Rusiya. Mərkəzi Bankın sərt siyasəti sayəsində inflyasiyanın tədricən azalması müşahidə olunur. Bununla belə, kommunal xidmət tariflərinin planlı artımı bu prosesi ləngidə bilər.

Tacikistan. Büdcə təşkilatlarında əməkhaqlarının artırılması və nəqliyyatla elektrik tariflərinin bahalaşması inflyasiyanın 3,3 faizdən aşağı düşməsinə mane olacaq. 2026–27-ci illərdə ciddi dəyişiklik gözlənilmir.

Özbəkistan. Yüksək inflyasiya səviyyəsi (ilin sonuna kimi 8,1 faiz) əhalinin artan gəlirləri, kommunal tariflərin bahalaşması və dünya ərzaq qiymətləri ilə əlaqədardır. 2027-ci ilin sonuna kimi bu göstəricinin 5,4 faizə qədər azalması proqnozlaşdırılır.

 





25.06.2025    çap et  çap et