Misirin yeni seçilmiş prezidenti Əbdəl Fəttah əl-Sisi ötən gün dövlət başçısı kimi ilk çıxışına bu cür sözlərlə başlayıb. Andiçmə mərasimdə Əl-Sisi qeyd edib ki, yeni hökumət son dönəmlərdə ölkədə yaşanan zorakılıqların təkrarlanmasına icazə verməyəcək. Əl-Sisi dövlət başçısı olaraq Misirin uğurlu gələcəyini qurmağa çalışacağını bildirib.
«Tanrıya and içirəm ki, respublika sistemini qoruyacaq, konstitusiyaya və qanunlara hörmət edəcək, xalqın maraqlarını təmin edəcək, ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağam».
Məlumata görə, əl-Sisi ölkədə stabilliyi qorumaq məqsədilə xarici təxribatların qarşısını almaq üçün «Facebook», «Twitter» və digər sosial şəbəkələrin nəzarətə götürülməsinə əmr verib.
Hakimiyyətə müxalif olan əsas qruplardan biri «Müsəlman Qardaşlığı» yeni prezidentin legitim olmadığını məruzə edib.
«Sisi prezident deyil. Məhəmməd Mursi hakimiyyətdən istefa vermədiyi halda, o, prezident ola bilməz» - deyə məruzədə qeyd olunur.
Sabiq hökumət başçısı hazırda həbsdə olan Məhəmməd Mursi əl-Sisinin təşəbbüsü ilə hakimiyyətdən devrilmişdi.(ANS)