Artıq belə bir görüşün baş tutacağını İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi də təsdiqləyib. Ərəqçi qeyd edib ki, onun başçılıq edəcəyi nümayəndə heyəti 9-10 iyun tarixlərində Cenevrə şəhərində ABŞ diplomatları ilə görüşəcək.
ABŞ tərəfdən isə nümayəndə heyətinə Dövlət katibinin müavini, ABŞ-ın Rusiyadakı sabiq səfiri Uilyam Börns rəhbərlik edəcək.