***
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir.
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.
Mehriban Əliyevanın təbriki rəsmi sosial şəbəkə (“X”, “Facebook” və “İnstagram”) hesablarında (“#SilahlıQüvvələrGünü” və “#26iyun”) həştəqləri ilə paylaşılıb.
***
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki rəsmi hesabında Prezident İlham Əliyevin 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı paylaşımını “retweet” edib.
***
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı zirvədə duran Azərbaycan bayrağı və əsgərinin fotosunu paylaşıb.
Anar Ələkbərovun təbriki rəsmi “İnstagram” səhifəsində “#26iyun” həştəqi paylaşılıb.
***
İqtisadiyyat naziri Mikayıl Cabbarov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar paylaşım edib. Paylaşımda deyilir.
“Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərində uğurlar diləyirik. Müzəffər ordumuzun şücaəti, döyüş əzmi və nailiyyətləri ilə qürur duyuruq.
Vətənimiz uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik”.
Mikayıl Cabbarovun təbriki Azərbaycan və ingilis dillərində “X” və “Facebook”, İqtisadiyyat Nazirliyinin “İnstagram” sosial şəbəkə hesablarında (“#SilahlıQüvvələrGünü” və “#ArmedForcesDay”) həştəqləri ilə paylaşılıb.
***
Xarici işlər naziri Ceyhun Bayramov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. Paylaşımda aşağıdakı cümlələr yer alıb.
“Şanlı Azərbaycan Silahlı Qüvvələrinin 107 yaşı münasibətilə Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyimizi bərpa edərək xalqımıza zəfər sevinci yaşadan, müstəqillik və təhlükəsizliyimizin təminatçısı olan Silahlı Qüvvələrimizin şəxsi heyətini ürəkdən təbrik edirəm.
Azərbaycan uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini dərin minnətdarlıqla yad edirəm.
26 İyun – Silahlı Qüvvələr Günümüz Mübarək!”.
Nazirin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında (“#SilahlıQüvvələrGünü” və “#26iyun”) həştəqləri ilə paylaşılıb.
***
Təhsil naziri Emin Əmrullayev 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir.
“26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu əlamətdar gündə Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla anır, ərazi bütövlüyümüzün keşiyində rəşadətlə dayanan hərbi qulluqçularımıza müstəqil Azərbaycan dövləti naminə müqəddəs xidmətlərində uğurlar arzulayırıq”.
E.Əmrullayevin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında paylaşılıb.