Vaxt.Az

Baş nazirin müavini İraqda döyüldü


 

Hakimiyyət əleyhinə mitinqə gedən Saleh əl-Mütləqə hücum olub

Baş nazirin müavini İraqda döyüldü İraqın qərbindəki Ənbar əyalətində qəzəbli kütlə ölkənin baş nazirinin müavini Saleh əl-Mütləqə hücum edib. ANS PRESS-in «İnterfaks»a istinadən verdiyi məlumata görə, baş nazirin müavini hakimiyyət əleyhinə keçirilən mitinqə gedib. O, çıxış etmək üçün tribunaya çıxıb. Lakin Saleh əl-Mütləq çıxışa başlayan kimi aksiya iştirakçıları hiddətləniblər. Onlar «Satqın» qışqırıblar və baş nazirin müavininə su, daş, ayaqqabı atıblar.Mühafizəçilər Saleh əl-Mütləqin ətrafında canlı sədd qurublar, havaya atəş açıblar və onu tribunadan endiriblər. Lakin cangüdənlərin müqavimətini qıran nümayişçilər baş nazirin müavininin köynəyini cırıblar, sifətinə vurublar. Nəticədə Saleh əl-Mütləqin sifəti qanayıb. <br />rnSonradan hadisəyə polis əməkdaşları müdaxilə ediblər. Onlar kütləni dağıtmaq üçün havaya atəş açıblar və baş nazirin müavinini meydandan avtomobillə çıxarıblar.
 





30.12.2012    çap et  çap et