Vaxt.Az

Ruhani Türkiyədə


 

İran prezidenti məsləhətləşməyə gedib

Ruhani  Türkiyədə İran prezidenti Həsən Ruhani Türkiyənin paytaxtı Ankaraya səfər edib. Səfər çərçivəsində Həsən Ruhaninin Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla nüvə danışıqlarının yeni raunduna dair məsləhətləşmələr aparacağı gözlənilir.


Həsən Ruhani həmçinin İranla Türkiyə arasında ali səviyyədə strateji əməkdaşlıq şurasının birinci iclasında İran nümayəndə heyətinə rəhbərlik edəcəyi bildirilir.

İran prezidentinin Türkiyəyə səfəri ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qərbin İrana qarşı sanksiyalarını tənqid etmişdi.

 





09.06.2014    çap et  çap et