«Mən görsəm ki, səhnəyə çıxıram, 50 tamaşaçıdan 20-30-u məni alqışlamır, and olsun Allaha səhnəni tərk edib gedərəm. Dostum, bunu niyə anlamırsan ki, sənin dövrün bir zamanlar idi, keçib getdi. Qulağın eşitmir ki, bir zamanlar sənin mahnın hər yerdə səslənirdi, sevilirdi. İndi isə o qədər sevilmirsən? Zülfiyyə Xanbabayeva neçə illərdir ki, statusunu qoruyur. İllərdir ulduzluğunu saxlayan kişi sənətçi yoxdur. Rəqabət aparan xanım sənətçilər var. Mən, Abbas Bağırov, Miri Yusif yeni mahnılar yazdırırıq, amma aramızda rəqabət yoxdur. Faiq Ağayev məndən öncə səhnəyə gəlib. Etdiyini edib, konsertlər verib, əməkdar, xalq artisti adını alıb. Artıq rəqabətə can atmır. O özü də dedi ki, mənim zamanım deyil. Mənə elə gəlir ki, o da əziyyət çəkir. Ona görə belə deyir. Mən də elə düşünürəm ki, Faiq Ağayevin zamanı deyil. O başqa şeylər istəyir».