Lutnik, Çinlə imzalanan müqavilənin iki gün əvvəl rəsmiləşdirildiyini və bu mətnin külək turbinlərindən tutmuş reaktiv təyyarələrə qədər bir çox sahədə istifadə edilən nadir torpaq elementlərinin Çin tərəfindən ABŞ-a tədarükünü nəzərdə tutduğunu söylədi. "Onlar nadir torpaqları bizə təslim edəcəklər və bunu etdikdə biz əks tədbirlərimizi qaldıracağıq”, – Lutnik deyib.
“Bloomberg TV”yə danışan Lutnik, Prezident Trampın iyulun 9-na qədər əvvəllər dayandırdığı yüksək tarifləri bərpa etməzdən əvvəl yaxın bir neçə həftə ərzində bir sıra ticarət razılaşmalarını yekunlaşdırmağa hazırlaşdığını deyib: “İlk 10 sövdələşməni edəcəyik, onları düzgün kateqoriyaya qoyacağıq və digər ölkələr də onu izləyəcək”.
Tramp cümə axşamı Hindistanla da razılaşmanın yaxın olduğunu demişdi. Lutnik müqavilələrin ilk dalğasına hansı ölkələrin daxil ediləcəyini dəqiqləşdirməyib.