Ağ Ev rəsmisi dünən bildirib ki, Tramp fikrini dəyişmək hüququna malikdir, lakin tezliklə qərar qəbul etməyəcək. Rəsmi həmçinin bildirib ki, Trampın növbəti mərkəzi bank sədri vəzifəsinə çoxlu yaxşı namizədləri var. “WSJ”nin xəbəri dolların ucuzlaşmasına və dünən ABŞ Xəzinədarlığı istiqrazlarının artmasına təsir etdi, çünki Pauellin varisi haqqında erkən açıqlaması “kölgə FED sədri” yaradacaq və FED-in daha gülərüz siyasət yeritməsinə səbəb olacaq.
ABŞ prezidentinin faiz dərəcələrini daha aqressiv endirmədiyinə görə tənqid etdiyi Pauellin yerinə namizədlər arasında olan ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hassett, FED-in sədri olmaq istəyib-istəməyəcəyi ilə bağlı suala Trampın FED-in siyasət qərarlarından məyusluğunun olduqca möhkəm təhlilə əsaslandığını söyləyib.
Hassett FED sədrliyinə namizəd olub-olmayacağı ilə bağlı dəqiq cavab verməkdən çəkinib, lakin bankın məlumatlara əsaslanaraq hərəkət edəcəyini və bu halda faiz dərəcələrini azaltmağa indidən başlaması lazım olduğunu deyib.