Vaxt.Az

İran prezidentindən Türkiyəyə sayğısızlıq


 

Ruhani Atatürkün məzarını ziyarət etməkdən imtina edib

İran prezidentindən Türkiyəyə sayğısızlıq Bu gün şəxsi təyyarəsi ilə Türkiyəyə səfər edən İran prezidenti Həsən Ruhani Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyəcək.


AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, prezidentin səfər proqramına yalnız həmkarı Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşlər daxil edilib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə ilə İran arasında prezident səviyyəsində tərtib olunan protokol qaydalarında Atatürkün məzarını ziyarət yoxdur.

Qeyd edək ki, Abdulla Gülün dəvəti ilə Türkiyəyə səfər edən Həsən Ruhani hazırda ölkənin paytaxtı Ankaradadır. O, prezident köşkündə Abdulla Güllə, daha sonra isə baş nazirlikdə Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 





09.06.2014    çap et  çap et