Vaxt.Az

“Qırmızı toy” əməliyyatı


 

Netanyahu oğlundan İrana hücum etmək üçün istifadə edib

“Qırmızı toy” əməliyyatı İsrail-İran müharibəsində atəşkəs əldə edilib, lakin toqquşmaların necə başladığı ilə bağlı müzakirələr davam edir. ABŞ mətbuatında yer alan iddia İsrailin iyunun 13-də ilk hücumuna işarə edir.

Amerikanın “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu İrana hücum etməzdən əvvəl böyük oğlu Avnerin toyundan diqqəti yayındırmaq üçün istifadə edib.

Bunun məqsədi baş nazirin yeri ilə bağlı İran administrasiyasını çaşdırmaq olub.

Amerika kəşfiyyat mənbələrinin “WSJ”yə verdiyi məlumata görə, əməliyyat “Qırmızı toy” adlandırılıb.

İrana hücumlardan bir neçə gün əvvəl Netanyahu tətilə gedəcəyini açıqlamışdı. Onun oğlunun toyu iyunun 16-da olacaqdı. Məlumata görə, bu elan İranın ən azı iyunun 17-nə kimi İsraildən hücum gözləməməsi üçün qəsdən edilib.

***

Mənbələr iddia edir ki, Netanyahuya yaxın adamlardan heç kim, o cümlədən oğlunun planlardan xəbəri olmayıb. Daha sonra toy qarşıdurmalara görə təxirə salınıb.

İsrail generalları iyunun 13-də gecə yarısı İsrail Hərbi Hava Qüvvələrinin qərargahının altındakı bunkerə toplaşaraq təyyarələrin Tehrana enişini izləyiblər.

***

İyunun 13-də İsrail İranın nüvə və müdafiə obyektlərini hədəf alan “Yüksələn Aslan” adlı hücumlara başlayıb.

Qarşılıqlı hücumlar 12 gün davam etdi. İyunun 22-də ABŞ “B-2” bombardmançıları ilə İsfahan, Natanz və Fordodakı nüvə obyektlərini vurdu.

Ertəsi gün İran ABŞ-ın İraq və Qətərdəki hərbi bazalarına hücum edərək cavab verdi. İran-İsrail atəşkəs iyunun 24-də qüvvəyə minib.

 





27.06.2025    çap et  çap et