Vaxt.Az

2 il müddətinə dayandırıldı


 

Almaniya Bundestaqının kritik ailə birləşməsi qərarı

2 il müddətinə dayandırıldı Almaniya Bundestaqı, Cenevrə Konvensiyası çərçivəsində qaçqın statusu verilməyən, lakin mənşə ölkələrinə geri göndərildikdə ciddi zərər görəcək və əlavə qoruma verilən sığınacaq axtaran şəxslərin ailə birləşməsinin 2 il müddətinə dayandırılmasını nəzərdə tutan Almaniya hökuməti tərəfindən hazırlanmış qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi Bundestaqda keçirilən səsvermədə 135 əleyhinə 444 lehinə səslə təsdiqlənib.

Parlamentdə çıxış edən daxili işlər naziri Aleksandr Dorbindt bu qanunun miqrasiya nəticəsində dövlət və cəmiyyətin üzərinə düşən hədsiz yükün qarşısını almaq məqsədi daşıdığını bildirib və Almaniyanın sosial, təhsil sisteminin və mənzil bazarının dayanıqlığının həddi olduğunu izah edib.

Dobrindt qeyd edib ki, subsidiar müdafiə statusu altında olanlar üçün ailə birləşməsinin dayandırılması səbəbindən ölkəyə ildə 12 min daha az adam gələcək.

***

Suriyadan gələnlərin 2 il müddətinə “əlavə himayə” verilən qaçqınlar üçün ailə birləşməsinin dayandırılmasını nəzərdə tutan qanundan xüsusilə təsirlənəcəyi bildirilir.

Digər tərəfdən, 2024-cü ilin sonu etibarilə Almaniyada 296 mini suriyalı olmaqla təxminən 390 min qaçqının ikinci dərəcəli qoruma statusu ilə yaşadığı açıqlanıb.

 





27.06.2025    çap et  çap et