Vaxt.Az

İran əvvəlcə terrora cəhdin ...


 

... Hayfada vurduğu məscidin və öldürülən müsəlman din xadimlərinin hesabatını versin

İran əvvəlcə terrora cəhdin ... İranın Ermənistandakı səfiri Mehdi Sübhani Qərbi Azərbaycanı İranın əyaləti adlandırıb. Bundan başqa Azərbaycan hava məkanı üzərindən İsrailə məxsus PUA-ların İrana qarşı istifadə edildiyini deyib. Eyni ittihamı İran prezidenti Pezeşkian da səsləndirib. Azərbaycan XİN bu iddiaları əsassız hesab edib. İsfahanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayraq günü” keçirilib. Azərbaycan tərəfi açıq mövqe göstərib İsrailin tərəfində dursa, yenə bəhanə tapardılar. Lakin belə olmadı və əksinə, İsrailə dəfələrlə müraciət ünvanladı ki, Azərbaycan türklərinin olduğu yaşayış məntəqələri vurulmasın.

İran Azərbaycana qarşı hər zaman açıq qərəz nümayiş etdirib, Azərbaycanı “Bakı Cümhuriyyəti” adlandırıb, SEPAH-ın “Telegram” kanallarında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib. İran özünü islam dövləti adlandırsa da, Qarabağda məscidlərdə donuz saxlanılmasına heç vaxt münasibət bildirməyib.

Xocalı qətliamını Rivlin BMT-də işıqlandıranda, rəsmi səviyyədə soyqırım aktı kimi xatırladanda İran ümumiyyətlə bu məsələdə də prinsipal olmamışdı. İran erməni patriarxlarına qucaq açanda İsrail hədsiz vergilər tətbiq etdi, sonra Yerusəlimdəki erməni patriarxlığını və onun əsrlər boyu xristianların nəzarətində olan tarixi mülklərini ələ keçirməyi əmr etdi. Bu addım Yerusəlimdəki xristian liderlər tərəfindən rədd edildi və erməni patriarxı Baş nazir Netanyahuya etiraz məktubu göndərdi.

Bir neçə ay əvvəl İsrail Knessetində təmsil olunan Simon Moşiaşvili ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci aktın ləğvi ilə bağlı çağırış etmiş və Azərbaycana dəstək verilməsini vurğulamışdı.

İran Azərbaycandan hesabat istəyirsə, ilk öncə Azərbaycanda yəhudi icmasının liderini öldürməyə cəhd edən terrorçunun hesabatını versin. Xəzər dənizində sərhədi pozub qırıcı təyyarələrlə dövrə vururdu, onun hesabatını versin.

İsraillə olan son savaşda da Hayfa şəhərində Vadi Nisnas bölgəsindəki Əl-Cərin məscidini vurub, nəticədə məscidin içərisində olan müsəlman din xadimlərini yaralamışdı. İranın müdafiə olunacaq heç bir tərəfi yoxdur, hətta “Hizbullah” terror təşkilatının keçmiş baş katibi Həsən Nəsrullahın gənclik illərində Livandakı “Asala” terror təşkilatının təlim düşərgələrində hərbi və ideoloji təlim keçdiyi də sirr deyil.

 





27.06.2025    çap et  çap et