Vaxt.Az

Növbəti halal açıqlaması


 

Komitə toyuq məhsullarına veriləcək sertifikat müraciətlərinə baxır

Növbəti halal açıqlaması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi toyuq məhsulları istehsalçılarının «Halal məhsul» milli standartının istehsalı üzrə sertifikat almaq məsələsi ilə bağlı müraciətlərinə baxır.


Vaxt.az-ın «Trend»ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Komitə sədri deyib: «Bu istiqamətdə müvafiq iş aparılır və əgər ölkədə belə məhsul istehsal olunarsa, həmin prosesdə Qafqaz Müsəlmanları İdarəsinin iştirakı təmin olunacaq».

Hazırda Azərbaycanda «Halal qida. Ümumi tələblər» dövlət standartına uyğun məhsul istehsal edən 5 müəssisənin məhsulları sertifikatlaşdırılıb.

Bu müəssisələr - «Hakan Foods» FF Co. LTD müəssisəsi «Kral» və «Yeni dad» nişanlı məhsullar, «Səhliyalı» kiçik müəssisəsi «Min bərəkət, halal nemət» nişanlı məhsullar, «M T» LTD firması «Hacı Turqay» nişanlı məhsullar və «Zəhmət Ruzi» MMC «SAB» və digəridir. Belə sertifikatı almaq üçün cəmi 9 toyuq əti istehsalçısı müraciət edib.

Azərbaycana başqa ölkələrdən ət məhsullarının idxal edilməsindən danışan Həsənov qeyd edib ki, Dövlət Komitəsi gətirilən məhsullar üzrə istehsalçı ölkələrin müvafiq strukturlarından sertifikat alır.

 





09.06.2014    çap et  çap et