Vaxt.Az

İlahi ədalətin təcəllisi


 

Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...

İlahi ədalətin təcəllisi Gəlin bu gün Ermənistanda baş verənlərə həm də ilahi ədalətin təcəllisi kimi baxaq.

Bəli, Ermənistan baş naziri Nikol Paşinyanın şər yuvası olan millətçi-faşist erməni kilsəsinin ötən əsrin 80-ci illərinin sonlarında ortaya atdığı “Miatsum” (Qarabağın Ermənistana birləşdirilməsi) ideyasının 44 günlük müharibə nəticəsində iflasa uğramasından sonra, bu gün elə həmin kilsənin (Erməni Apostol Kilsəsi) başında duran irqçi, nasist 2-ci Qareginə və onun quldur keşişlərinə müharibə elan etməsinə politoloqlar nə ad qoyurlarsa qoysunlar, lakin biz azərbaycanlılar bunu bütün hallarda ilk növbədə ilahi ədalətin təntənəsi və ya tarixin intiqamı kimi qiymətləndirməliyik.

Erməni kilsəsi Azərbaycan və Türkiyəyə qarşı (Türk dünyasına qarşı) 200 illik vəhşiliyinin bədəlini ödəməyə başlayıb.  

Çünki Qaregin və onun “həvari”ləri gerçək DİN ADAMI yox, erməni faşizminin özbəöz təmsilçiləridir. Din adı altında gizlənmiş bu daşnak vəhşiləri hələ 19-cu yüzilin sonlarından və xüsusən də 20-ci yüzilin əvvəllərindən (1905-1907-ci illər erməni-müsəlman və ya erməni-tatar qırğınlarından) etibarən qaniçən terrorçu yuvasına çevrilən kilsənin miras qoyub getdiyi qanlı irsin (“dənizdən dənizə Ermənistan” və ya “böyük Ermənistan” yırtıcı ideologiyasının) davamçılarıdır.

Azərbaycan və Türkiyəni “bir nömrəli düşmən” elan edən, quduz köpəklər kimi qanımıza susayan dırnaqarası erməni “din adamları” əsl həqiqətdə Kremilin nökərləri, FSB və QRU-nun (FTX və BKİ) muzdlu casuslarıdır. Onlar bütün təlimatları Moskvadan alırlar.

Paşinyan da ilk növbədə məhz bu gerçəklikdən çıxış edərək, seçki ərəfəsində kilsəni “Kremlin uşaqları”ndan təmizləməyə və onların hakimiyyət çevrilişini gerçəkləşdirmək, Ermənistanı yenidən Rusiyanın forpostuna çevirmək planlarını önləməyə çalışır.

Əlbəttə, göründüyü kimi Paşinyan bu addımları atmaqla ilk növbədə öz siyasi maraqlarından çıxış edir. Lakin bu maraqlar, eyni zamanda, tarixi ədalətin də öz yerini tutmasına şərait yaradır. Beləliklə, bu epizodda Paşinyanın siyasi maraqları ilə bizim haqq-ədalət tələbimiz üst-üstə düşür. Odur ki, Paşinyanın 2-ci Qareginə və Xocalı qətliamında əli olan digər müharibə canilərinə – Robert Köçəryana və Serj Sərkisyana müharibə elan etməsi, sonda bu cəlladların Bakıda məhkəmə qarşısına çıxarılmasıyla da nəticələnə bilər.

Əslində, elə bu cür də nəticələnməlidir. İki əsrdir davam edən erməni kilsəsinin qanlı faşizm tarixçəsinin tam olaraq qapadılması üçün bütün yollar məhz Bakıya aparmalıdır. Erməni faşizminin Qarabağdan başlayan ölüm hökmünün (44 günlük savaş və 23 saatlıq antiterror əməliyyatı) son akkordları (hüquqi qiymətləndirməsi) hökmən Bakıda icra olunmalıdır. 

P.S. Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək. Bakının “Azərbaycanın Nürnberqi” adlandırılması heç də təsadüfi deyil...

 





27.06.2025    çap et  çap et