Fransa iyunun son günlərində güclənən həddindən artıq isti dalğası ilə üz-üzədir. “Météo France” iyunun 27-də səhər dərc etdiyi hava bülletenində dörd bölgəni "narıncı həyəcan" vəziyyətinə salıb. Yaxın günlərdə ölkə ərazisində temperaturun daha da yüksələcəyi gözlənilir.
Narıncı xəbərdarlıq bölgələri:
Buş-du-Ron (Bouches-du-Rhône)
Qard (Gard)
Hera (Herault)
Şərq Pireneyi adaları
Bu bölgələrdə havanın temperaturunun 35-39°C arasında olacağı gözlənilir. Daha 11 bölgə sarı həyəcan vəziyyətindədir. Bunlara Dənizkənarı Alplar (Alpes-Maritimes), Ardeş (Ardèche), Var və Dromun (Drôme) cənub-şərq bölgələri daxildir.
***
İyunun 21 və 24-ü Fransada ilin ən isti günləri kimi qeydə alınıb, bu həftə sonu ölkə üzrə temperatur yenidən yüksəlmə tendensiyası üzərindədir. İyunun 30-da ölkə ərazisində temperaturun pik həddə çatacağı gözlənilir.
(Météo France) səlahiyyətliləri, xüsusilə Aralıq dənizi sahilləri və Rona-Alpların (Rhône-Alpes) cənubu üçün həddindən artıq isti xəbərdarlığı edərkən, şimal bölgələrində səhər saatlarında buludlu və yağışlı hava şəraitinin gözlənildiyi, günortadan sonra havanın açılacağı bildirilib.
***
İynun 30-u və iyulun 1-i günü ölkənin əksər hissəsində həddindən artıq isti şərtlərinin təsirli olması, daha sonra iyulun 3-dən etibarən qərbdən gələn fırtına və yağışla birlikdə azalacağı gözlənilir.
Xüsusilə yaşlıların, xroniki xəstəlikləri olanların və uşaqların isti havaya qarşı diqqətli olmaları istənilir, günəşdə uzun müddət qalmamaları, bol su içmələri və kondisionerli mühitlərdə vaxt keçirmələri tövsiyə edilir.