Daha əvvəl bahalı şezlong qiyməti ilə gündəm olan Antalya Qalaiçi Marina indi də tualet pulu ilə gündəmə gəlib. Çimərliyin düz yanındakı tualetlərdə istifadə haqqı sosial mediada tənqidlərə səbəb olub. Divardan asılan lövhədə istifadə haqqı “1 avro” olaraq göstərildiyi halda, faktiki praktikada Türkiyə vətəndaşlarından 30 lirə, xarici turistlərdən isə 1 avro alındığı görülüb. Tualetlərin iş saatları 08:00-22:00 kimi müəyyən edilib.