Vaxt.Az

Paris təyyarəsində “sirli qoxu”


 

Panika təcili enişə səbəb oldu

Paris təyyarəsində “sirli qoxu” Dünən (iyunun 27-də) səhər saat 07:26-da “Air France”ın AF1000 reysi ilə Paris Şarl-de-Qol hava limanından Madridin Barajas hava limanına uçan təyyarədə təlaş yaşanıb. Havaya qalxandan bir neçə dəqiqə sonra kabinədə “isti qoxu” hiss olunduqdan sonra uçuş heyəti geri qayıtmağa məcbur olub.

“Airlive.net” xəbər verir ki, təyyarə 3000 metr yüksəkliyə çatdıqdan sonra qalxmağı dayandırıb və pilotlar 7700 təcili kodunu ötürüblər. “Air France” təyyarənin texniki yoxlamalar üçün Şarl de Qoll hava limanına geri döndüyünü açıqlayıb. Sərnişinlər hava limanında “Air France”ın ekipajları tərəfindən qarşılanıb və Madridə alternativ reyslərə istiqamətləndirilib.

Bu hadisədən cəmi iki gün əvvəl, iyunun 25-də Paris-Los-Anceles reysində də oxşar problemlə bağlı məlumat verilmişdi. Təyyarə havaya qalxdıqdan az sonra havada dövrə vurdu, yanacağını boşaldıb və təcili eniş üçün icazə istəyib.

 





28.06.2025    çap et  çap et