“MOSSAD” İranın vətəndaşlarına müraciət edərək xəbərdarlıq edib ki, canlarını qorumaq üçün SEPAH və onun texnikasından uzaq dursunlar.
“MOSSAD”ın sosial şəbəkə “X”də yayımladığı rəsmi bəyanatda deyilir:
Əziz “iran” adlanan ölkənin vətəndaşları!
Bilirsiniz ki, biz əlimizdən gələni edəcəyik ki, sizə zərər dəyməsin. Bizim mübarizəmiz zalım İran rejimi ilədir. Sizin təhlükəsizliyiniz üçün bir neçə tövsiyəmiz var:
1. Xahiş edirik, SEPAH-ın şəxsi heyətindən, xüsusən yüksək rütbəli komandirlərdən uzaq durun.
2. SEPAH bazalarından uzaq olun, xüsusilə göydən çalın biçən (ot biçən) maşın səsi kimi səs eşidirsinizsə.
3. Rejimə aid nəqliyyat vasitələrinə yaxınlaşmayın.
4. Əgər yanınızda olan SEPAH üzvü qəfil telefonla zəng edir və ya mesaj alırsa – ondan dərhal uzaqlaşın.
Diqqətli olun! Liderlər özlərini tunellərdə gizlədib qoruyurlar – siz isə təhlükə altındasınız. Xahiş edirik bu göstərişlərə əməl edin, bu göstərişlər insan həyatını xilas edir.