Vaxt.Az

İranda namaz qılanı məsxərəyə qoyurlar


 

“Güney Azərbaycandan bizə səslənən tənqidlər”

İranda namaz qılanı məsxərəyə qoyurlar İranda məktəblərin, universitetlərin və əsas küçələrin asfaltına İsrail və Amerika bayraqları çəkilir ki, vətəndaşlar istədi-istəmədi keçəndə tapdalasın. Amma vətəndaşlar bu bayraqların üstündən keçmir, ya atlanır, ya da qırağından sürüşərək keçir.

Bu, təsadüfi bir-iki nəfər deyil. Videoları şərhə atacam, bu cür etiraz edən böyük kütlədən gedir söhbət. Kimsə tapdalayanda, qıraqdan yüzlərlə insan “bişərəf” deyə qışqırır.

İranı videodan görənlər gerçək həyatını tanımır. Məsələn, mənim Tehrandan qonaqlarım çox olub. 100 nəfərdən 1-i namaz qılar, ya qılmaz. Namaz qılan da deyirdi ki, İranda yox, Azərbaycanda rahat ibadət edə bilir. Çünki İranda zavodda, ofisdə namaz qılsan, səni “molla” deyib məsxərəyə qoyurlar. Qohum əqrəbanın gəncliyi arasında hörmətin aşağı olur.

Sosial mediada gördüyümüz o bədənini döyən, ağlayan insanlar şoudur. Necə ki SSRİ dövründə propaqanda toplantılarına bizimkilər kolxoz, sovxoz, məktəb, akademiyadan məcburi gedib əl çalırdılar, burada da eynidir. Hökumət göstəriş verir, Bəsic kimi könüllü dəstələr icra edir. Bu şəxslər rəsmi maaş almasalar da əsgərlik, təhsil və digər sahələrdə güzəştlər qazanırlar.

İndi də guya Güneylilər bizim Azərbaycana İsrail ilə yaxın olduğumuz üçün oradan qan qusur. O danışanlar hökumət trollarıdır, mən o insanları əvvəldən tanıyıram. Onlardan dünyanın hər yerində var.

Yəni bunlar Amerika-İsraili özlərinə düşmən görmür, qaldı ki, Azərbaycanı görələr.

Güney Azərbaycanda xüsusən İlham Əliyevin, Ərdoğanın hörməti çox yüksəkdir. II Qarabağ savaşı zamanı erməni tırlarının qarşısını kəsən yüzdən çox təbrizli həbs edilmişdi. İçlərində qadınlar belə var idi ki, bizə görə şallaq yedilər, həbs yatdılar. İrandan keçən Rusiya tırlarını haradan bildik? Nömrəsinə kimi çəkib güneylilər göndərirdi.

Oradan trollar Azərbaycanı tənqid edir. Burda da Rusiya trolları var, guya fanatik vətənpərvərlərdi, burdan təhqir edici cavablarla video roliklər zad çəkib güneyliləri təhqir edir. Hər iki tərəf də eyni qüvvədir, parçalanmanı milliləşdirirlər.

 





28.06.2025    çap et  çap et