Səhər saatlarında Tehran Universitetinin kampusunda qılınan cənazə namazı ilə başlayan mərasimlərdə prezident Məsud Pezeşkian başda olmaqla bir çox yüksək vəzifəli şəxslər iştirak edib.
Mərasim sahəsinə toplaşanlar əllərində İranı simvolizə edən qara bayraqlar tutaraq matəm dualar və mərsiyələr oxuyublar. Zaman-zaman ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib.
Mərasimdə Milli Təhlükəsizlik Ali Şurasının keçmiş sədri və İran lideri Ayətullah Əli Xameneyinin baş müşaviri, 13 iyun hücumlarında dünyasını dəyişdiyi iddia edilən və daha sonra yaralandığı məlum olan Əli Şamxani və SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani də iştirak edib.
Keçən həftə edilən açıqlamada Şamxaninin vəziyyətinin yaxşı olduğu bildirilmişdi.
Böyük izdihamla İnqilab meydanından Azadi meydanına aparılan cənazələrin bəziləri Tehranda, bir çoxu isə ölkənin müxtəlif şəhərlərində dəfn edilib.