İtaliya Səhiyyə Nazirliyi həftə sonu bir çox şəhərdə isti dalğasının təsirli olacağının gözlənildiyini sosial mediada paylaşaraq, günəşdən qorunmaq üçün bir sıra xəbərdarlıq və tövsiyələri yerləşdirib.
Nazirlik sabah Ankona, Boloniya, Bolzano, Breskia, Florensiya, Frozinone, Latina, Milan, Neapol, Palermo, Perucia, Peskara, Roma, Turin, Triest, Venesiya və Verona üçün “qırmızı” ən yüksək risk xəbərdarlığı etdi.
Kataniya, Kivitavesçia, Rieti və Viterbonun bazar günü “qırmızı” xəbərdarlıq siyahısına daxil ediləcəyi, ümumilikdə 21 şəhərin qızmar istilərin təsirini yaşayacağı bildirilib.
Səhiyyə Nazirliyi “qırmızı” siqnal olan şəhərlərdə istilərin təkcə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanlar üçün deyil, sağlam və aktiv insanlar üçün də ciddi sağlamlıq riskləri yaradacağını vurğulayıb.