Vaxt.Az
Rusiyanın mədəniyyət tədbirləri təxirə salındı
Alınmış biletləri qaytarmaq üçün satış məntəqələrinə və ya onlayn platformalara müraciət edə bilər
Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.Bu barədə Mədəniyyət Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq
satış məntəqələrinə və onlayn platformalarına müraciət edə bilərlər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi ləğv olunan tədbirlərin siyahısını
və məkanlarını göstərməyib.
29.06.2025
çap et