Vaxt.Az

Rusiya özünüintihara gedir


 

Kreml Azərbaycanda 90-cı ildə ölüb, 92-də dəfn olunub

Rusiya özünüintihara gedir Rusiya dövlətinin dövlət terroru, öz ölkəsinə sığınmış olanları, öz vətəndaşlarını qətliam etməsi, (guya) faşizmə qalib gəlib sonradan faşizm, dözümsüzlük, şovunizm yuvasına çevrilməsi deyil. Təəccüb doğuran bəşəriyyətin bətnində iki qara yaradan biri olan bu qəddar, amansız, ipiqırıq formasiyadan hələ də yaxşı nəsə gözləyənlərin, onun insanlığa xeyir bir yana, heç olmasa zərər verməyəcəyinə ümid edənlərin olmasıdır. Bəs siz bu dövlətçilik adına çəkilmiş ən böyük karikaturadan nə gözləyirdiniz, ay insanlar? Bu quldur formasiya yarandığı, peydahlandığı gündən bəşər övladının dincliyi yoxdur. Rusiya planetin baş bəlası, dünyanın beşdə birini əhatə edən yekə bir dəlixana, quldur oylağıdır.

Rusiya özünüintihara gedir, öz ayağına, başına sıxır, özü özüylə, o siyasi taleyi ilə “rus ruleti” oynayır. “Təsadüfən” də hər dəfə “güllə” çaxmağın önünə keçir, hər tətik çəkdiyində təpəsinə daha bir güllə sıxır.

Rusiya Azərbaycanda özünü doxsanıncı ildə öldürüb, doxsan ikinci ildə də cəsədini Xocalıda dəfn edib. Üstündən kecən üç onillikdə də hər ildən bir “ili çıxmasına” imkan vermədən özü öz “cəsədini” çıxarıb yenidən dəfn edir. Əgər bu zorakılıqlar, bu təzyiqlər Rusiyanın ölmüş dövlət ağlınca guya yenidən hansısa şəkildə geriyə dönməyin bir yolu, üsuludursa, əbəs çabadır; mənim cəmiyyətimdə Rusiyaya nifrətin kökü çox dərindədir və atdığı hər bir addımla gordan çıxarıb gora soxduğu öz meyidini gorbagor edib bir az da dərinə quyulayır. Bu dövlət adına ironiya siyasi qurluş heç nə etməsə belə ona mənim cəmiyyətimdə olan nifrətin unudulması, heç olmasa bir azca neytrallaşması ən azı min il çəkər. Bu da o halda mümkün olardı ki, bizim (eləcə də qovulduğu) cəmiyyətin hər bir fərd bir vaxtlar yaratmaq istədiyi mankurtlardan ibarət olsun.

Bu “Çikotilalar ölkəsi”ndən sadəcə bir şəkildə uzaq durmağı bacarmaq lazımdır.

 





29.06.2025    çap et  çap et