Vaxt.Az

Satananın sancısı ...


 

Hər müstəqil addım onun gözündə xəyanətdir

Satananın sancısı ... Bəziləri hələ də Azərbaycan Qarabağın azad olunmasını, “İlham Əliyev Putinlə anlaşdı”, “Rusiya şərait yaratdı”, “Rusiya icazə verdi” kimi boş və mənasız fərziyyələrə bağlayır.

Bu uydurmalar SSRİ-nin kölgəsindən çıxa bilməyənlərin fikirləridir. Rusiya heç vaxt Azərbaycanın müstəqilliyini həzm etməyib, nəinki torpağını qaytarsın.

Bəs görmədinizmi, savaşın yekunlaşma anında əməliyyatı dayandırdılar, Rus sülhməramlıları daxil oldu, nəticədə 3 il itirdik, şəhid sayımız artdı. Savaşı ortasında belə iki dəfə atəşkəs elan etdirib, Moskvada görüşlər təşkil etdi, düşmənə toparlanmaq üçün nəfəs verdi.

Türkiyə təyyarələri Gəncəyə kimin üçün gəlmişdi? Aydın mesaj idi: “Əgər üçüncü qüvvə müdaxilə etsə, savaş başlayacaq”.

Rusiya bu gün nasist, faşist, psixi xəstələr tərəfindən idarə olunur. Onlar Azərbaycan müstəqil siyasətini, azad ticarətini görüb qəzəblənirlər ki, niyə bunlar Moskvadan icazə almır. Onların görmək istədiyi model Belarus, Tacikistan modelidir, hər addımı atanda zəng vurub icazə alaq.

Ukraynaya qoşun yeritmələrinin səbəbi də bu idi ki, düşündülər pravoslav xalqdır, rus diasporu çoxdur, verbovka tez olar. İşğaldan sonra hakimiyyətə adamlarımızı yerləşdirərik. Plan alınsa idi, növbədə Azərbaycan və ya Qazaxıstan idi.

Rusiya üçüncü parçalanmasını yaşamadıqca, nə Qafqazda, nə Baltikyanı bölgələrdə, nə də Orta Asiyada təxribatlar, provokasiyalar, terror və kin-küdurət bitməyəcək.

Bu onların siyasi varoluş formasıdır. Başqasının sərhədinə, azadlığına, müstəqil qərarına dözə bilmirlər.

Hər müstəqil addım onların gözündə xəyanətdir.

 





29.06.2025    çap et  çap et